Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

15:34 15.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

 

Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.